Haqqımızda

TƏLƏBƏ MƏRKƏZLİ LAYİHƏ

Tələbələrin işəgötürənlərin tələblərinə (ehtiyaclarına) uyğun hazırlanması

Müasir dövrdə müəssisə-universitet əməkdaşlığı tətbiqi tədqiqatlar, birgə təhsil və peşə inkişaf proqramları və ya dərəcələri, texnoparklar, tələbələr üçün təcrübə və digər müxtəlif sahələrdən ibarətdir.

Universitetlər iqtisadiyyatın bütün sahələri üzrə yüksək ixtisaslı kadrların hazırlanmasının əsas təminatçıları olduğu halda, müəssisələr universitet tələbələri və məzunlarının əldə etdiyi bilik və təcrübənin əsas faydalandığı, həmçinin, ixtisaslı kadrların əsas müştərisi və alıcısıdır, bütövlükdə intellektual resursların toplayıcısı kimi bilik iqtisadiyyatının kapitalıdır.

enterprise University Collaboration

Müəssisə-universitet əməkdaşlığının milli iqtisadiyyata təsirini nəzərə almamaq olmaz- insanların və ümumilikdə cəmiyyətin keyfiyyəti, əsasən tələbənin universitetdə qazandığı bacarıqlara əsaslanan iş məmnuniyyətindən və maaş səviyyəsindən asılıdır. Beləliklə, akademik cəmiyyətlə işgüzar cəmiyyət arasındakı əməkdaşlıq nə qədər məhsuldar olarsa, cəmiyyət də, o qədər uğurlu və məmnun olar. Bu baxımdan, universitet-müəssisə əməkdaşlığın sosial əhəmiyyəti ölçüyəgəlməzdir.

UniLab, cari (bugünki) tələbələr üçün iş əsaslı təcrübələrin təkmilləşdirilməsinə və yeni məzunların iş sahələrinə yerləşdirilməsinə, tələbələrin iş qabiliyyətinin inkişafını təmin etmək üçün strategiyaların hazırlanmasına, universitetlərin missiyaları kontekstində sahibkarlıq bacarıqlarının inkişafına və regional ticarət Palataları və müəssisələri ilə birlikdə sahibkarlıq fəaliyyəti üçün dərsdənkənar fəaliyyət imkanlarına diqqət ayıracaqdır.

Tərəfdaşlar tərəfindən müəyyən edilən daha çox rast gəlinən problemlər:

 Karyera Mərkəzləri həmişə praktiki yerləşdirmə prosedurlarına cəlb edilmir.

Zəif praktiki yerləşdirmə təlimatı var.

Tələbələrin qeyri-müəyyən məşğulluq perspektivləri var.

Ali təhsil müəssisələri tələbələrin karyerasına dəstək xidmətləri portfelini diversifikasiya etməlidir.

Ali Təhsil Müəssisələri təhsil proqramını şirkətlərin prioritetlər olaraq təyin etdikləri müvafiq peşə bacarıqları ilə zənginləşdirməlidirlər.

Universitet-biznes əməkdaşlığ haqqında sazişlər təkmilləşdirilməlidir.

Tələbələrin işə götürən haqqında məlumatları və praktiki bilikləri azdır.

RU, BY və AZ kimi beynəlxalq praktiki yerləşdirmə modellərinin çatışmazlığı.

UniLab, dörd Avropa ortağı ilə birlikdə, məzunların sayını artırmağa və müəssisələr və ali məktəbləri arasında əməkdaşlığı gücləndirməyə imkan verən vasitələr hazırlayaraq üç Tərəfdaş ölkədə (Azərbaycan, Belarusiya və Rusiya) ali təhsil sahəsinin modernləşdirilməsinə töhfə verməyi hədəfləyir.

Konsorsium üzvləri, universitetlər və müəssisələr arasında səmərəli əməkdaşlıq modelini inkişaf etdirmək, tələbələrin təcrübə keçməsinə, yerləşdirilməsinə təşviq etmək, peşəkar oriyentasiya (məsləhətlər) və dərsdənkənar təlim proqramlarını təkmilləşdirmək öhdəçiliyinə malikdirlər. Layihə həm də akademiya ilə müəssisə arasında qurucu bir dialoqa başlamaq, eyni zamanda, dövlət orqanlarına hədəflənərək təşviqedici modellərin hazırlanması üçündür.

Layihə bütün maraqlı tərəfləri əhatə edir: universitetlər, müəssisələr, dövlət orqanları və digər maraqlı tərəflər, o cümlədən peşə birlikləri, QHT-lər, tələbələr və s.

UniLab haqqında məlumatı keçid linklərini izləyərək bir-birindən öyrənmə yanaşmaları, qaynaqların (resurların) inkişafı, tələbə portalı və beynəlxalq karyera mərkəzləri şəbəkəsi modeli haqqında ətraflı oxuya bilərsiniz.

Bu Səhifəni Paylaşın, Platformanızı Seçin!