UniLab güclü Bir-birindən Öyrənmə (Peer Learning) komponentinə malikdir. Konsorsium tərəfdaşları inkişaf üçün işlərini başqalarının rəyinə və tövsiyəsinə təqdim etməyin vacibliyini anlayırlar.
Tərəfdaşlar milli hesabatların yazılmasında əməkdaşlıq işlərinə başlamış və digər milli hesabatlarla qarşılaşdırmışlar.
AB tərəfdaşları, özləri tərəfindən hal-hazırda uğurla davam etdirilməkdə olan İş Əsaslı Öyrənmə proqramlarının seçilmiş modellərini konsorsiumla paylaşıblar. AB üzvü olmayan tərəfdaşlar, bu Avropa proqramlarının öz proqramları ilə necə müqayisə olunacağını görə bilər, əlaqə nöqtələrini və potensial inkişaf yollarını tapa bilərlər.
Bir-birindən öyrənmə ayrıca Fokus Müzakirə Qrupları vasitəsi ilə milli səviyyədə irəliləyəcək və təşviq ediləcəkdir.
Burada, məsələdə maraqlı olan regional tərəflərin Ali Təhsil Müəssisələrinin hər biri ilə görüşəcəyi, həyata keçirilən cari işlərə baxacağı və bunun özləri üçün necə daha uyğun və yararlı hala getiriləcəyi haqqında rəy verəcəyi yerlər olacaq.