Bir-birindən Öyrənmə

UniLab güclü Bir-birindən Öyrənmə (Peer Learning) komponentinə malikdir. Konsorsium tərəfdaşları inkişaf üçün işlərini başqalarının rəyinə və tövsiyəsinə təqdim etməyin vacibliyini anlayırlar.

Tərəfdaşlar milli hesabatların yazılmasında əməkdaşlıq işlərinə başlamış və digər milli hesabatlarla qarşılaşdırmışlar.

AB tərəfdaşları, özləri tərəfindən hal-hazırda uğurla davam etdirilməkdə olan İş Əsaslı Öyrənmə proqramlarının seçilmiş modellərini konsorsiumla paylaşıblar. AB üzvü olmayan tərəfdaşlar, bu Avropa proqramlarının öz proqramları ilə necə müqayisə olunacağını görə bilər, əlaqə nöqtələrini və potensial inkişaf yollarını tapa bilərlər.

Bir-birindən öyrənmə ayrıca Fokus Müzakirə Qrupları vasitəsi ilə milli səviyyədə irəliləyəcək və təşviq ediləcəkdir.

Burada, məsələdə maraqlı olan regional tərəflərin Ali Təhsil Müəssisələrinin hər biri ilə görüşəcəyi, həyata keçirilən cari işlərə baxacağı və bunun özləri üçün necə daha uyğun və yararlı hala getiriləcəyi haqqında rəy verəcəyi yerlər olacaq.

Unilabda bir-birindən öyrənmə İşgüzar Səfərlər zamanı da müşahidə olunur.

Bu fəalliyyətlər Universitat Pompeu Fabra – Barcelona School of Management (ES), IMC Fachhochschule Krems (AT) and Université Lille tərəfindən idarə olunur.

Covid-19 pandemiyası ilə əlaqədar, üz-üzə tədbirlər təxirə salınıb. Bununla bərabər, fəaliyyətlər online şəkildə davam etdirilir.

İlk İşgüzar Səfər, 22 və 23 sentyabrda seçilmiş bir sıra maraqlı tərəflərin iş əsaslı öyrənmə haqqında biliklərini paylaşdıqları və iştirakçıların təcrübələrini bölüşdüyü və fikir mübadiləsi aparmaq imkanı əldə etdikləri virtual görüş formatında reallaşdı

 

 

Bu Səhifəni Paylaşın, Platformanızı Seçin!