2020-ci ilin oktyabr-dekabr ayları arasında UniLab-ın Rusiya, Belarusiya və Azərbaycandakı tərəfdaşları müəssisələr, ticarət palataları, digər universitetlərin akademik heyəti, tələbələr və s. kimi yerli və regional maraqlı tərəfləri cəlb edərək ilk fokus qrup görüşlərini təşkil etdilər. Əsasən 2020-ci ilin oktyabr-dekabr ayları arasında, onlayn təşkil edilən bu ilk fokus qrup görüşlərində tərəfdaşlar 2020-ci ilin sentyabrında Pompey Fabra Menecment Universiteti tərəfindən təşkil olunmuş İşgüzar Səfərinin nəticələrini iştirakçılarla bölüşdülər.
UniLab layihəsinin bir-birindən öyrənmə yanaşmasının bir hissəsi olan fokus qrupları, layihə boyu yerli/regional nümayəndələrlə müntəzəm məsləhətləşmələr aparacaq, tərəfdaş ölkə universitetlərinin hər biri tərəfindən Unilab çərçivəsində görülən işlər və konkret layihə nəticələri müzakirə ediləcək.
Məqsəd həm layihə işlərinin, həm də nəticələrin əlaqədar şəxslərin xüsusi ehtiyaclarına və xüsusiyyətlərinə, o cümlədən, yerli/regional kontekstə uyğun olmasını təmin etməkdir. Fokus qrup iclasları, iş əsaslı öyrənmə təcrübələrini inkişaf etdirməkdə dəstək ola biləcək bir çox fərd və təşkilat arasında məlumatlılığı artırmağa kömək edir, layihə işinə daxil olacaq faydalı müzakirələr yaradır.